Odessaya ballistik raketlə hücum olundu

Ötən gün Rusiya ordusu ballistik raketlə Odessaya hücum edib və şəhərdə güclü partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, axşam saatlarında Ukrayna Hərbi Hava Qüvvələri müvəqqəti işğal olunmuş Krım ərazisindən Rusiyanın ballistik silahlardan istifadə təhlükəsi barədə xəbərdarlıq edib. Ardınca isə raketin Odessaya doğru getdiyi barədə xəbərdarlıq olunub. Şəhərdə güclü partlayış baş verib. Sosial şəbəkələrdə insanlar partlayışdan evlərin silkələndiyini, küçələrdə avtomobil siqnallarının işə düşdüyünü yazıblar.
Hücumun İsgəndər-M vasitəsilə həyata keçirildiyini hərbi mənbələr təsdiqləyib.
Odessa vilayəti Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, Rusiya ballistik raketlə rayon mərkəzinə hücum edib:
"Təcavüzkarın hədəfi limanın yaxınlığındakı mülki infrastruktur olub. Taxıl daşıyan maşının sürücüsü xəsarət alıb, vəziyyəti orta ağırdır".