Bunu etsəniz, müharibəyə başlayacağıq – Çin hədələdi

“Tayvanın Çindən ayrılması müharibəyə səbəb olacaq”.
Globalinfo.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Tsyan deyib.
Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian Tayvan administrasiyasının rəhbəri Ley Sindenin vəzifəyə başlamasını şərh edərkən mümkün silahlı qarşıdurma barədə xəbərdarlıq edib.
“Tayvanın müstəqilliyi müharibəyə bərabərdir”, – o bildirib.