Paşinyan onu “Mülki Müqavilə”dən qovdu

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə “Mülki müqavilə” partiyasının idarə heyətinin iclası keçirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Nikol Paşinyan Tatul Bağdasaryanı “Mülki Müqavilə” partiyasından xaric edib.
Bundan başqa iclasda ərazi idarə və təşkilat şuralarının sədrləri vəzifəsinə təyinat olub. Partiyanın 4-cü siyasi şurasının gündəliyi təsdiq edilib, intizam məsələləri müzakirə olunub.