Bia.Az

Keçmiş spikerin evinə hücum edərək ərini döyən şəxsə ağır cəza verilib

Dünya
 18-05-2024, 09:44     439

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin əri Pol Pelosiyə evində hücum edən Devid DePapenin hökmü açıqlanıb.

Bizimyol.info xəbər verir ki, San-Fransisko Məhkəməsində baxılan işdə DePapenin hökmü elan edilib.

44 yaşlı DePape "federal məmuru girov götürməyə cəhd" və "federal məmurun yaxın ailə üzvünə hücum" ittihamı ilə 30 il həbs cəzasına məhkum edilib.

Prokurorlar məhkəməsi 23 oktyabr 2023-cü ildə başlayan və noyabrda münsiflər heyəti tərəfindən təqsirli bilinən DePape üçün 40 il həbs cəzası istəyib.

20 ildir ABŞ-da yaşayan Kanada əsilli David DePape 28 oktyabr 2022-ci ildə yerli vaxtla saat 02.27-də San-Fransiskoda Pelosinin evinə daxil olub, Nensinin o vaxt 82 yaşında olan əri Pol Pelosinin başına çəkiclə vuraraq ağır xəsarətlər yetirib.

Hücum zamanı DePapenin “Pelosi haradadır?” sualı verərək qışqırıb, Paul Pelosini əllərini bağlayaraq yaşlı qocaya işgəncə verib: "Biz indi Nensini gözləyirik", - deyə həyacanlı halda çığırdığı iddia edilib.

Hadisə baş verən gecə polis tərəfindən saxlanılan DePape, 2022-ci il noyabrın 3-də keçirilən ilk iclasında Nensi Pelosinin evinə soxulmaqda, ərini döyməkdə, eləcə də Nümayəndələr Palatasının sədrini qaçırmağa cəhddə ittiham edilib və onun zaminə buraxılmadan mühakimə olunmasına qərar verilib.скачать dle 12.1