Ağ Ev: "Biz silahların Ukraynada cəbhəsinə çatdırılması üçün gecə-gündüz işləyirik"

Kirbi xatırladıb ki, ABŞ prezidenti Co Bayden aprel ayında milli təhlükəsizlik ehtiyacları üçün əlavə maliyyələşdirmə ilə bağlı qanunu imzaladıqdan sonra “dərhal xüsusi yardım paketlərinin ayrılmasına göstəriş verib”.
Bizimyol.info xəbər verir ki, Ağ Evin müşaviri Con Kirbi bildirib ki, Amerika Birləşmiş Ştatları hərbi yardımın “birbaşa Ukrayna Silahlı Qüvvələrinin döyüş mövqelərinə” çatdırılmasını təmin etmək üçün “davamlı səylər göstərir”.“Biz Rusiyanın Ukraynanın şimal-şərqindəki hücumunu diqqətlə izləyirik və bu hücumları dəf etmək üçün Ukrayna hərbçilərinə birbaşa cəbhə xəttində silah və texnikanın verilməsi üçün gecə-gündüz işləyirik”, - deyə Ağ Evin sözçüsü bildirib.
Kirbi xatırladıb ki, ABŞ prezidenti Co Bayden aqanun imzaladıqdan sonra dərhal xüsusi yardım paketlərinin ayrılmasına göstəriş verib. Onun sözlərinə görə, 2024-cü ilin aprelindən ABŞ prezidentin səlahiyyətləri çərçivəsində iki paket və Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) vasitəsilə daha 6 milyard dollar ayırıb ki, bu da istehsalçılardan Ukrayna üçün yeni silahların alınmasına sərf olunacaq.
ABŞ dövlət katibi Antoni Blinken ABŞ-ın Ukraynaya 2 milyard dollar xarici hərbi maliyyə ayırdığını açıqlayıb. O əlavə edib ki, ümumi məbləği 60 milyard dollar olan yeni əlavə yardımın ilk paketindən hərbi dəstək artıq Ukraynaya gedir. Rəsmi onu da əmin edib ki, bəzi şeylər artıq Ukraynaya çatdırılıb.
Ağ Evin mətbuat katibi Karine Jean-Pierre qeyd edib ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinə silah və hərbi texnikanın yeni partiyasını göndərməyə hazırlaşır.