Bia.Az

“Krokus” terrorçuları ilə bağlı yeni MƏLUMAT: İki həftə əvvəl… – FOTO

Dünya
 24-03-2024, 17:43     381

Martın 22-də Moskvada “Krokus Siti Holl”da baş verən silahlı hücumun üzvlərindən bir neçəsi iki həftə əvvəl məlumat toplamaq üçün ticarət mərkəzinə gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə “İzvestiya” yazıb.

Məlumata görə, terrorçular hücumdan bir müddət əvvəl dəfələrlə ticarət mərkəzinə və atışmanın başladığı konsert zalına gəliblər. Onlar binanın planını, mühafizə xidmətlərinin yerini və müxtəlif qaçış yollarını öyrəniblər.

Hətta hadisənin baş verdiyi gün zalda səhnəyə çıxmağa hazırlaşan “Piknik” qrupunun konsertinə qatılıb, insanların arasında müşahidə aparıb, daha sonra yoxa çıxıblar. Lakin zaldakı fotoqraf konsertdə iştirak edən digər insanlarla yanaşı terrorçulardan birinin də fotosunu çəkib.
Qeyd edək ki, fotosu yayılan terrorçu dindirilmə zamanı hadisəni 500 min rubl müqabilində törətdiyini etiraf edib.скачать dle 12.1