Bia.Az

Terror aktını törədən 4 nəfər saxlanılıb - Putin açıqladı

Dünya
 23-03-2024, 17:57     219

“Bu cinayətin araşdırılmasına və əməliyyat-axtarış tədbirlərinin nəticələrinə gəlincə, hazırda bunu deyə bilərik: terror aktını törədən 4 nəfərin hamısı, insanları güllələyib öldürənlərin hamısı tapılaraq saxlanılıb”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində bildirib.

“Onlar gizlənməyə çalışaraq Ukraynaya tərəf hərəkət ediblər, burada ilkin məlumatlara görə, Ukrayna tərəfində dövlət sərhədini keçmələri üçün “pəncərə” hazırlanıb.

Terror aktının təşkilatçıları bir vaxtlar nasistlər kimi nümayişkaranə edam və qanlı hədə-qorxu aktı hazırlayıblar”, - Rusiya lideri qeyd edib./Qafqazinfoскачать dle 12.1