Bia.Az

Fransadan Bakıya yeni böhtan: - İrəvanı cəzalandırmaq…

Dünya
 21-03-2024, 15:44     150

Rusiya Ermənistanı sülh istəyinə və öz suverenliyinə hörmət etdiyinə görə cəzalandırmaq istəyir.

Axar.az “Lefigaro.fr”ə istinadla xəbər verir ki, bu sözləri Fransa Baş naziri Qabriel Attal deyib.

“Rusiya Ermənistanı cəzasızlıqla mübarizə yolu seçdiyinə, Beynəlxalq Cinayət Məhkəməsinə qoşulduğuna və sadəcə olaraq demokratiya və qanunun aliliyini seçdiyinə görə cəzalandırmaq istəyir”, - Attal bildirib.

O iddia edib ki, “qondarma sülhməramlı Rusiya qüvvələri humanitar böhranın baş verməsinə imkan verdi”:

“Bugünkü çağırış Ermənistana öz müstəqilliyini, demokratiyasını, ərazisini qorumaqda kömək etməkdir”.

O, həmçinin Azərbaycandan qoşunlarını Ermənistanın “işğal olunmuş ərazilərindən çıxarmağı” tələb edib.

Qeyd edək ki, Azərbaycan Ordusu Ermənistanın heç bir ərazisini və yaşayış məntəqəsini işğal etməyib. Əksinə, Ermənistan hələ də Azərbaycanın 8 kəndini işğalda saxlayır. Fransa isə ənənəvi olaraq Azərbaycana qarşı qərəzini müxtəlif bəhanələr uydurmaqla davam etdirir.

Azərbaycana qarşı böhtən, qərəz və şər kampaniyası artıq Fransanın rəsmi dövlət siyasətinə çevrilib.
скачать dle 12.1