Bia.Az

Qərbin Azərbaycanla bağlı bu planı var – İlin sonuna kimi…

Dünya
 6-02-2024, 18:12     169

“Azərbaycanla bəzi Qərb ölkələri və təsisatları arasında gərginliyin ən yüksək həddə olduğunu düşünmürəm. Ötən zaman kəsiyində vaxtaşırı münasibətlərdə müxtəlif səviyyələrdə ziddiyyətlər yaranıb, hətta bundan daha kəskin olub. Məsələn, Sürix protokollarının imzalanması və Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı ölkəmizə qarşı həyata keçirilən təzyiqləri, hətta iki qardaş ölkə arasında münasibətlərin az qala qırılma nöqtəsinə çatdırıldığını düşünürəm ki, çoxları unutmayıb”.

Bu sözləri Globalinfo.az-a politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, 2009-cu ildə ABŞ başda olmaqla, Qərb siyasi dairələri İstanbulda “Sivilizasiyalar alyansı” adlı konfrans təşkil etmişdilər və bu tədbir çərçivəsində prezident Barak Obama və dövlət katibi Hillari Klinton Azərbaycan prezidenti ilə görüşərək, ölkəmizi Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsində güzəştə getməyə razı salmaq istəyirdilər:

“Azərbaycanın dövlət başçısı bu görüşdə iştirakdan imtina etdi və 2009-cu ilin yanvar ayından etibarən Qərbin ölkəmizə qarşı, hətta Türkiyənin də indi müxalifətdə olan siyasətçilərinin təxribat xarakterli ssenarilərlə müşayiət olunan təzyiqləri iflasa uğradı və daha sonra biz təxminən 1 ildən çox bir zaman kəsiyində gərginliyin yüksələn xətt üzrə inkişafının şahidi olduq.

Bundan öncə, 2003-cü, 2008-ci və 2013-cü ildə keçirilən seçkilər ərəfəsində və sonra münasibətlər heç də indikindən yaxşı deyildi. Eyni ssenarilərə Azərbaycanda keçirilən Avroviziya mahnı müsabiqəsi, Birinci Avropa Oyunları ərəfəsində və daha sonra da şahidlik etmişik. Hazırkı vəziyyət, bir sıra mühüm komponentlərinə görə, əvvəlkilərdən fərqlənir. Bu da ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə bağlıdır. Bu sıraya növbədənkənar prezident seçkilərini və bu ilin noyabrında ölkəmizdə keçiriləcək, miqyasına görə müstəqillik tariximizin ən böyük və kütləvi tədbirini COP29-u da əlavə etsək, mənzərə tam aydın olur. Əslində bütün bunlar yeni texnologiya və geosiyasi təzyiq alətləri ilə modernləşmişdirilmiş klassik hücum metodlarıdır.

Elçin Mirzəbəyli
Bu metodlardan hazırda kibercinayətkarlıqda da istifadə olunur. Dövlət də canlı orqanizm kimidir. Hər hansı mühüm tədbirlər zamanı həmin istiqamətdə toparlanır və bu zaman rəqib, yaxud düşmən tərəflər “orqanizm”in digər hissələrində müqavimətin azalacağını düşünərək hərəkətə keçirlər. Qərb adlandırdığımız “xristian klubu” səlib müharibələri zamanı da eyni metodlardan istifadə edib və müsəlmanların yaşadıqları ərazilərə, əsasən kütləvi mərasimlər, dini bayramlar zamanı hücum ediblər. Bu baxımdan, yeni hər hansı bir prosesin baş verdiyini düşünmürəm və qənətimə görə, bu, Qərbin növbəti “virus hücumu”dur və bu ilin sonlarına yaxın səngiyəcək”.скачать dle 12.1