Bia.Az

Rusiya: ABŞ neokolonialist üsullardan istifadə edir

Dünya
 6-02-2024, 17:55     192

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın neokolonialist üsullardan istifadə etdiyini bildirib.


Bizimyol.info xəbər verir ki, bu barədəLavrov Rusiya Xarici İşlər Nazirliyinin paytaxt Moskvada keçirilən İşgüzar Şurasının iclasındakı çıxışı zamanı deyib.

Qərbin ABŞ-ın rəhbərliyi altında Rusiyaya qarşı “hibrid” müharibə apardığını və sanksiyalar tətbiq etməklə Rusiyanın inkişafının qarşısını almağa çalışdığını bildirən Lavrov “müharibə iqtisadiyyat sahəsində davam edir” deyib.

Lavrov: “Birləşmiş Ştatlar və ondan sonrakı ölkələrin neokolonial üsullardan istifadə etməsi Amerika tipli qloballaşmaya inamı ciddi şəkildə sarsıtdı. Bir çox ölkələr beynəlxalq maliyyə institutlarının və Vaşinqtonun nəzarətində olan qarşılıqlı fəaliyyət formatlarının effektivliyini və qərəzsizliyini şübhə altına alır”, - deyə qeyd edib.

Başda Rusiya olmaqla, bir çox ölkənin bu səbəbdən xarici ticarət ödənişlərində alternativ valyutalar və ödəniş platformalarından istifadə etdiyini bildirən Lavrov görüşdə Rusiya şirkətləri üçün iqtisadiyyat sahəsində risklər, təhdidlər və imkanları müzakirə edəcəklərini bildirib.скачать dle 12.1