Bia.Az

Minsk Qrupu buna görə yaradılmışdı – İnanılmaz iddia

Dünya
 6-02-2024, 17:51     161

“ATƏT-in Minsk Qrupu 30 il ərzində heç bir nəticəyə nail ola bilmədi”.

Globalinfo.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobani deyib.

Səfir Minsk Qrupunun məqsədinin fərqli olduğunu bildirib:

“Bir erməni ziyalı amerikalı məmurla dialoqunu mənimlə bölüşmüşdü. Həmin şəxs dedi ki, amerikalı ona Minsk Qrupunun əslində ABŞ-ın Cənubi Qafqazda mövcudluğunun təmin edilməsi üçün yaradıldığını bildirib. Ona görə də birlik bölgədə sülh üçün çalışmadı, çünki burada baş verəcək müharibənin onlara heç bir təsiri yox idi. Bu vəziyyətdə region ölkələri qurban olacaqdı. Tərəflər həqiqətən sülh istəyirlərsə, buna “3+3″ formatında nail oluna bilər”.

“İran davranışı, hərbi və siyasi addımları ilə regionda sərhəd dəyişikliklərinə dözməyəcəyini açıq şəkildə göstərib. Dəhliz anlayışı bütün dünyada kommunikasiya qovşağı kimi qəbul edilir. Lakin regionda vəziyyət fərqlidir. İnanıram ki, sülh yolu regionu sabitliyə apara bilər. Biz sərhədlərin və hər hansı geosiyasi dəyişikliyin əleyhinəyik”, – M.Sobani deyib.

Səfir Hindistan silahlarının İran üzərindən Ermənistana daşınmasına münasibət bildirərək qeyd edib ki, qüvvələr balansı bölgəyə sabitlik gətirəcək:

“Biz Ermənistanın ehtiyac duyacağı və regiona sülh gətirəcək hər cür yardımı göstərməyə hazırıq”скачать dle 12.1