Bia.Az

Şarl Mişel Rusiyanın xeyrinə səsləndirilən bəyanatlara təəccüblənib

Dünya
 6-02-2024, 16:58     188

Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa Parlamentində Ukraynada sülh çağırışlarından, Krım və Luqanskın Rusiya ərazisinin bir hissəsi olaraq qalması perspektivi barədə bəyanatlardan şoka düşdüyünü bildirib.


Bizimyol.info xəbər verir ki, o, bu barədə Avropa Parlamentində çıxışında bildirib.

“Ukraynaya silah tədarükünü dayandırmalı olduğumuz barədə ifrat solçuların bəyanatlarını eşidəndə məəttəl qaldım. Nə istəyirsiniz? Yəni ukraynalılar özlərini su tapançası ilə və ya yüksək səslə müdafiə etsinlər?”, - deyə o bildirib.

“Luqanskın Rusiyanın ərazisi olması haqqında danışanda mən dərin şok vəziyyətinə düşürəm. Bu isə sarsıdıcıdır, ərazi bütövlüyü təsdiq edir ki, Luqansk Ukraynadır, Krım Ukraynadır. Hər hansı digər bəyanatlar şokedicidir. Biz Avropaya uzanan işğalçı ideyaların tərəfində ola bilmərik. Buz Ukrayna ərazilərinin uşğalına göz yummaqla bizim üçün ağır nəticələrinə qatlanmalı olacağımız hadisələrə yol açmış oluruq”, - deyə Mişel yüksək səslə danışıb.

O hesab edir ki, Ukraynaya silah tədarük etmək Avropanın mənəvi borcu, hər bir avropalının gələcək nəsillər qarşısında borcudur. Daha əvvəl dinləmə zamanı Mişel, Ukraynaya xərclənən hər avronun Aİ-nin təhlükəsizliyinə qoyulan sərmayə olduğunu deyib.

Avropa Şurasının rəhbəri deputatlara AB-nin fevralın 1-də keçirilmiş fövqəladə sammitinin nəticələri barədə məlumat verib, bu görüşdə Ukraynaya 50 milyard avro məbləğində dəstək fondunun yaradılması barədə qərar qəbul edilib və həmçinin üzv ölkələrin Xarici İşlər Nazirliklərinin rəhbərlərinə silah, sursat tədarükünü davam etdirmək üçün Avropa Sülh Fondunun mümkün transformasiyalarını, eləcə də genişləndirilməsini ətraflı şəkildə işləyib hazırlamaq tapşırılıb.скачать dle 12.1