Bia.Az

Sərhədyanı ərazilər boşaldılır: nə baş verir? – Tovmasyan təşvişdə

Dünya
 6-02-2024, 16:55     114

“Ermənistanın Azərbaycanla sərhədyanı ərazilər, demək olar ki, boşaldılır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Taquhi Tovmasyan deyib.

Deputat sərhədyanı kəndlərdə dövlət strukturlarının bir-bir bağlandığını qeyd edib:

“Həmin ərazilərdə yaşayan şəxslər mənə dedilər ki, Vardenis (Basarkeçər – red.) və Çəmbərəkdə pasport xidmətləri dayandırılıb, məntəqələri bağlayıblar. Məlumata görə, bununla bağlı İrəvandan göstəriş verilib. Həmin bölgələrdə islahat, genişlənmə adı ilə dövlət strukturlarının mərkəzləri bir-bir bağlanır, ərazi boşaldılır”.

Tovmasyan məsələ ilə bağlı Ermənistan Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədində sabitlik müşahidə olunur, hətta uzun müddətdir atəşkəs rejiminə riayət edilir. Diqqətçəkən məqam budur ki, sərhədyanı ərazilərdə əhali normal həyatına davam edir. Çıxarılan yalnız dövlət qurumlarıdır.скачать dle 12.1