Bia.Az

Cemin biletləri Cervaisinkindən baha satıldı

Dünya
 4-02-2024, 17:09     141

Şoumen Cem Yılmaz dünyaca məşhur komediya aktyoru Rikki Cervaisin daha əvvəl Avstriyada çıxış etdiyi salonda səhnə alacaq.

Axşam.az xəbər verir ki, Cervaisin şou bileti 60 avroya satıldığı halda, Yılmazın eyni kateqoriyalı bileti 125 avroya satışa çıxarılıb. Şou fevralın 7-dən etibarən tamaşaçılara təqdim ediləcək.

Yılmazın Vyanada bilet qiymətləri müzakirələrə səbəb olub. Belə ki, onun dünyaca məşhur komediya ustasını geridə qoyması diqqətdən qaçmayıb. Eyni zamanda biletlər qısa vaxtda tükənib. скачать dle 12.1