Bia.Az

İsrail həbsxanalarında olan fələstinli məhbusların sayı açıqlandı

Dünya
 3-02-2024, 00:55     163

İsrail həbsxanalarında təxminən 9 min (8926) fələstinli məhbus var.

Globalinfo.az xəbər verir ki, bu barədə “HaMoked” insan haqları təşkilatı İsrailin rəsmi məlumatlarına əsaslanaraq informasiya yayıb.

Qeyd olunub ki, “İsrail həbsxanalarında saxlanılan fələstinlilərdən 2084-ü barəsində hökm çıxarılıb. Onlardan 2752-si mühakimə olunur, 3484 nəfər isə inzibati məhbus kimi həbsxanada saxlanılır.

Həbsxanaya salınan fələstinlilərdən 606 nəfəri HƏMAS-ın həyata keçirdiyi son hücumlar zamanı saxlanılan şəxslərdir.

İsrail hökumətinin tətbiq etdiyi qaydalara görə, qanunsuz döyüşçülərə 1949-cu ilin avqustunda imzalanan hərbi əsirlərlə bağlı Üçüncü Cenevrə Konvensiyasının 4-cü maddəsində nəzərdə tutulan şərtlər tətbiq olunmur.скачать dle 12.1