Bia.Az

Müttəfiqindən ABŞ-a XƏYANƏT: Rusiyaya məhsul satır

Dünya
 3-02-2024, 00:34     159

“Rus I Machine Technology” MMC 2023-cü ilin yanvar ayından etibarən Tayvandan 20 milyon dollardan çox dəyəri olan maşınlar idxal edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Washington Post” əldə olunan ticarət və vergi sənədlərinə istinad məlumat yayıb.

Nəşrin məlumatına görə, CNC maşınları müxtəlif sənaye sahələri, o cümlədən silah istehsalı üçün vacib olan mürəkkəb  hissələrin istehsalında istifadə olunur. ABŞ-ın strateji tərəfdaşı olan Tayvan keçən il rus şirkətinin əsas xarici tədarükçüsü olub. “I Machine Technology” şirkəti isə bu müddət ərzində məhsullarını əsasən Rusiya müdafiə sənayesinə satıb.

“I Machine Technology” şirkətinin baş direktoru Aleksey Bredikhin bildirib ki, sanksiyalar tətbiq edildikdən sonra onun şirkəti Tayvandan yalnız ehtiyat hissələri alıb.

Bununla yanaşı, ABŞ Ticarət Departamentinin keçmiş yüksək rütbəli rəsmisi Kevin Volf qeyd edir ki, Rusiyanın Ukraynaya təcavüzü fonunda Tayvanın Kremlə məhsul satması sanksiyaların pozulması kimi dəyərləndirilə bilər.скачать dle 12.1