Bia.Az

Zalujnı vəzifədən niyə uzaqlaşdırılmadı?: Zelenskiyə mane olan SƏBƏBLƏR

Dünya
 2-02-2024, 00:47     180

Son günlər bəzi media qurumları Vladimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını vəzifəsindən azad etdiyi barədə məlumat yayıb. Buna baxmayaraq Ukrayna Müdafiə Nazirliyi Zalujnının öz vəzifəsində qalacağını bəyan edib.

Globalinfo.az xəbər verir ki, Almaniyanın “Bild” qəzeti Zelenskinin həqiqətən də Zalujnını vəzifəsindən uzaqlaşdırmağa çalışdığını iddia edib. Lakin Ukrayna hərbi rəhbərliyi, xüsusən də kəşfiyyat rəhbəri Kirill Budanov və Quru Qoşunlarının komandanı Aleksandr Sırski bu qərara qarşı çıxıb.

Avropa Şurasının Xarici Əlaqələr Mərkəzinin hərbi analitiki Qustav Qressel hesab edir ki, Zelenski Aleksandr Sirskini yeni baş komandan təyin etmək istəyib. Buna səbəb onun Prezidentə daha sadiq olmasıdır.

Ekspertin fikrincə, 2023-cü ilin yayında Baxmutu saxlamaqda israr edən Zalujnının iradəsinə zidd olan Zelenski idi, baxmayaraq ki, hərbi baxımdan bu artıq mənasız görünürdü. Zalujnı bir neçə həftə əvvəl qoşunları Avdiivkadan çıxarmaq istəyirdi, lakin Zelenski bundan imtina etdi. Beləcə, dekabrın 30-da ukraynalı döyüşçüləri dəstəkləmək üçün şəxsən cəbhə xəttinə getdi.

“Prezident Zelenski və general Zalujnı arasında hakimiyyət uğrunda mübarizə Ukraynadakı ümumi vəziyyətə mənfi təsir göstərir. Bu, bizi olduqca pis vəziyyətdə qoyur”, – adını gizli saxlayan ukraynalı zabitlərdən biri deyib.

Hərbi ekspert Niko Lanqe isə hesab edir ki, bu qalmaqaldan sonra Zelenski və Zalujnı birlikdə görünməli və yayılan iddialara son qoymalıdırlar.скачать dle 12.1