Bia.Az

Rəisi: "Türkiyə ilə yaxşı münasibətlərimizi daha yüksək səviyyələrə çatdırmaq istəyirik"

Dünya
 25-01-2024, 13:47     135

İran prezidenti İbrahim Rəisi Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasından sonra prezident Rəcəb Tayyib Ərdoğanla Prezident İqamətgahında keçirilən birgə mətbuat konfransında danışıb.

Bizimyol.info Anadolu Agentliyinə istinadən verdiyi xəbər verir ki, Türkiyə və İranın Fələstin mövzusunda ortaq fikirlərə sahib olduğunu vurğulayan Rəisi, "Fələstin məsələsi və Fələstin xalqının haqları mövzusunda prezident Ərdoğanla həmfikirik deyib.

Türkiyə xalqının və hökumətinin İsrailin Qəzzaya hücumlarına münasibətinin təqdirəlayiq olduğunu vurğulayan Rəisi deyib:
“Bizim Türkiyə ilə uzun illərdir ki, yaxşı münasibətlərimiz var və biz bu əlaqələri bundan sonra daha yüksək səviyyələrə çatdırmaq istəyirik”, - deyə bildirib.
İran prezidenti İbrahim Rəisi də İran və Türkiyə arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin hər iki ölkənin, eləcə də regionun mənafeyinə faydalı olduğunu bildirib və deyib: Türkiyənin təhlükəsizliyi İranın təhlükəsizliyi deməkdir.
İki ölkə arasında iqtisadiyyat, ticarət, mədəniyyət və enerji başda olmaqla bir çox sahədə yaxşı əlaqələrin olduğunu vurğulayan Rəisi deyib: “Biz iqtisadi və kommersiya sahələrində təsirli addımlar atmışıq və münasibətlərin səviyyəsini yüksəltmək əzmindəyik. Birinci mərhələdə iki ölkənin iş adamları və nazirlərinin dəstəyi ilə 30 milyard dollarlıq ticarət həcmi hədəfinə çatmağı hədəfləyirik”, - deyə bildirib.
Türkiyə ilə neft-qaz sahəsində işlərin də gündəmdə olduğunu bildirən Rəisi, birləşdirici yolların inkişafına da üstünlük verdiklərini qeyd etdi.
Prezident Ərdoğanla görüşlərində terror, narkotik və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın da müzakirə edildiyini bildirən Rəisi, iki ölkənin xüsusilə terrorla mübarizə sahəsində əməkdaşlığının böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Bölgədəki terror qruplaşmalarının, xüsusilə də terror təşkilatı DEAŞ-ın ABŞ və İsrail tərəfindən idarə olunduğunu bildirən Rəisi Vaşinqton və Təl-Əvivi terror təşkilatları vasitəsilə bölgədə qeyri-sabitlik yaratmağa çalışmaqda ittiham edib.
İran və Türkiyə arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin hər iki ölkənin, eləcə də regionun maraqlarına xidmət etdiyini bildirən Rəisi deyib: “İnanırıq ki, Türkiyənin təhlükəsizliyi bizim təhlükəsizliyimizdir, region ölkələrinin təhlükəsizliyi bizim təhlükəsizliyimizdir və region ölkələrindən hər hansı biri üçün ən kiçik etibarsızlıq hər kəs üçün zərərlidir”, - deyib.
Fələstin məsələsinin İslam dünyasının və bəşəriyyətin birinci məsələsi olduğunu vurğulayan Rəisi ABŞ-ın İsrailə verdiyi dəstəklə Qəzzada törədilən bütün cinayətlərə görə məsuliyyət daşıdığını bildirib.
Başda Birləşmiş Millətlər Təşkilatı (BMT) olmaqla Qəzzada hücumları dayandıra bilməyən beynəlxalq təşkilatların funksiyalarını itirdiyini bildirən Rəisi, “Adil və yeni bir dünya nizamının gerçəkləşməsini istəyirik. Sionist rejimin Fələstinin məzlum və müqavimətli xalqına qarşı törətdiyi vəhşiliklər təkcə müsəlman xalqların deyil, bütün azad dünya insanlarının vicdanını yaralayıb”, - deyib.
Rəisi sözünə belə davam edib: “Biz Türkiyə kimi müsəlman ölkələri, dünyanın liberal ölkələri və xalqları, insan haqlarını həqiqətən müdafiə edənlərlə əməkdaşlıq edərək yeni ədalətli dünya nizamının qurulmasına çalışmalıyıq”.
Türkiyə xalqının və hökumətinin İsrailin Qəzzaya hücumlarına münasibətini "təqdirəlayiq" adlandıran Rəisi deyib ki, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana, Türkiyə hökumətinə və Fələstin xalqına dəstəyini hər zaman açıq şəkildə bəyan edən sevimli Türkiyə xalqına təşəkkürümü bildirirəm.скачать dle 12.1