Bia.Az

Ukrayna savaşında neçə amerikalı əsgər ölüb? – İnanılmaz rəqəm

Dünya
 25-01-2024, 13:45     89

“Bu günə qədər Ukraynada davam edən müharibədə təxminən 400 amerikalının öldüyü bizə məlumdur”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin təqaüddə olan polkovniki Duqlas Makqreqor deyib.

Polkovnik ABŞ Sentanın Cənubi Karolinadan olan senatoru Lindsi Qrahamın Ukraynada amerikalı əsgərlərin ölmədiyinə dair açıqlamasını yalan adlandırıb.

“Bizdə olan məlumata görə, artıq 400 əsgərimiz müharibədə həlak olub. Hökumət bunu açıqlamayacaq, mətbuat da yayımlamayacaq. Ukrayna müharibəsi başa çatanda Volodimir Zelenski Kiprdə, İtaliyada, ya da Floridada yerləşən malikanələrdən birində olacaq. Bütün yaranan vəziyyət sadəcə oyundur, ABŞ Ukrayna xalqını istismar edir”, – o bildirib.скачать dle 12.1