Bia.Az

Lavrov: “Qərb Bakı və İrəvanı Brüsseldə “şirnikləndirməyə” çalışır”

Dünya
 24-01-2024, 23:07     155

Qərb Rusiya Federasiyasının Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında oynadığı rolunun yanlış olduğu qənaətinə gəlib və Bakı və İrəvanı Brüsseldə “şirnikləndirməyə” çalışır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bildirib.
Rusiyanın baş diplomatı Qarabağdakı sülhməramlılar haqqında da danışıb.

Onun sözlərinə görə, sülhməramlılar Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir.

“Prezidentlər bu mövzunu müzakirə ediblər, onlar razılaşıblar ki, hazırkı mərhələdə Rusiya sülhməramlılarının mövcudluğu sabitliyin möhkəmləndirilməsi, regionda etimadın yaradılması və Qarabağ sakinlərinin geri qayıtmasına, kimlər ki, bunu etmək istəyir, kömək etmək üçün müsbət rol oynayır”, – deyə Lavrov vurğulayıb.скачать dle 12.1