Bia.Az

Bakıya hücum əmri verən qüvvə hansıdır? – Pərdəarxası

Dünya
 24-01-2024, 23:04     140

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana səfərini başa vurduqdan sonra Azərbaycanla münasibətlərin perspektivinə “xüsusi statuslu” qiymət verib.

Cənab Klaar Azərbaycanda keçiriləcək prezident seçkisindən sonra rəsmi Bakı ilə tam şəkildə yenidən əlaqə qurmağı səbirsizliklə gözlədiyini bildirib.

Maraqlıdır, Klaarın bu açıqlaması nədən xəbər verir? Aİ Bakı ilə tam şəkildə yenidən əlaqə qurmaq üçün niyə prezident seçkilərinin bitməsi gözləyir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, son zamanlar Avropa rəsmilərinin Azərbaycanla bağlı ziddiyyətli açıqlamaları artıb:

“Xüsusilə də Cozef Borrellin fəallığını görürük. Bu aktivlik Azərbaycan Xankəndiyə nəzarəti bərpa edib, suverenliyinə tam qovuşduqdan sonra başladı. Toivo Klaar olduqca təcrübəli diplomatdır və Cənubi Qafqaz regionuna dərindən bələddir. Görünür, Avropa İttifaqı Azərbaycanla gərginliyi yumşaltmağa çalışır və bunun üçün prezident seçkilərinin bitməsini gözləyir.
Prezident seçkilərindən sonra biz Brüsseldən Bakıya yüksəksəviyyəli səfərlərin şahidi ola bilərik. Ancaq son günlər digər nüfuzlu Avropa təşkilatında AŞPA-da Azərbaycana qarşı hücumların şahidi oluruq. Bu qurumda erməni diasporunun təsiri altına düşmüş bəzi parlamentarilər hazırda Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir və bizim nümayəndə heyətinin statusunun təsdiq olunmamasına çalışırlar. Biz bu cür hücumları gözləyirdik. Lakin xaricdə oturan və avropalı diplomat və siyasətçiləri pulla ələ alıb bizə qarşı qaldıran zəngin ermənilər də anlayırlar ki, artıq iş-işdən keçib. Avropalılara sadəcə onların pulu lazımdır. Borrell də, AŞPA-da oturan deputatlar da yaxşı bilir ki, artıq geridönüş yoxdur.

Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bu məsələ məhz bizim istədiyimiz kimi həll edilib və heç bir təzyiq bizi geri döndərə bilməyəcək. Sadəcə məqsəd zəngin erməni diasporundan istifadə etməkdir.

Klaarın məlum açıqlaması göstərir ki, Avropa Azərbaycanla münasibətləri pozmaq niyyətində deyil və prezident seçkiləri bitdikdən sonra Bakı ilə müsbət mənada yeni səhifə açacaq”.скачать dle 12.1