Bia.Az

Pakistan İran ərazisinə zərbələr endirib

Dünya
 18-01-2024, 11:26     147

Pakistan İranda yerləşən “anti-Pakistan” terror qruplaşmalarının yaraqlı düşərgələrinə raket zərbələri endirib.


Bizimyol.info xəbər verir ki, bu barədə mətbuat Pakistan kəşfiyyat xidmətinin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.
“Mən yalnız təsdiq edə bilərəm ki, biz İranda yerləşən anti-Pakistan silahlı qruplaşmalarına zərbələr endirmişik”, - deyə o bildirib. Mənbə qeyd edib ki, Pakistan rəsmiləri hadisə ilə bağlı tezliklə rəsmi açıqlama verəcəklər.

Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir:

"Bu səhər Pakistan İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına qarşı yüksək koordinasiyalı və dəqiq hədəflənmiş bir sıra hərbi zərbələr endirib. Mövcud kəşfiyyat məlumatlarına əsasən həyata keçirilən "Marg Bar Sarmachar" kod adlı əməliyyatda, bir neçə terrorçu məhv edilib”.скачать dle 12.1