Bia.Az

Tayvanın Nazirlər Kabineti bütövlükdə istefaya qərar verdi

Dünya
 18-01-2024, 11:24     145

Tayvanın İcra Yuanı (ən yüksək icra orqanı) iclasda bütün heyətinin istefasını təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, adanın Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, bu qərar ötən seçkilər və yeni Qanunverici Yuan (Parlament) formalaşması ilə əlaqədar səhər iclasında qəbul edilib.
Bu gün günortadan sonra Tayvan administrasiyasını rəhbəri Tsai İnq-venə rəsmi istefa məktubu veriləcək.
Agentliyin qeyd etdiyi kimi, hökumət kabineti yeni parlamentin fevralın 1-də baş tutacaq ilk iclasına qədər istefa verməli idi.
Yanvarın 13-də Tayvanda administrasiya rəhbəri və Qanunverici Yuanın deputatları üçün seçkilər keçirilib. Adanın yeni lideri postu uğrunda mübarizədə 40,05% səs toplayan administrasiya rəhbərinin hazırkı müavini, Tayvanın Demokratik Tərəqqi Partiyasının (DPP) nümayəndəsi Lai Qinqde qalib gəlib. O, may ayında vəzifəsinin icrasına başlayacaq.
Parlament seçkiləri nəticəsində hakim partiya çoxluğunu itirib: 52 yer Kuomintang partiyasına, 51 yer DPP-yə, 8 yer Tayvan Xalq Partiyasına verilib. Daha iki mandatı iki müstəqil namizəd alıb. Ümumilikdə birpalatalı parlament 113 deputatdan ibarətdir.
Tayvan 1949-cu ildən, Çan Kay-şek (1887-1975) başçılıq etdiyi Kuomintang qüvvələrinin qalıqları Çin Vətəndaş Müharibəsində məğlub olduqdan sonra adaya qaçaraq oranın müstəqilliyini elan ediblər və o zamandan ada öz administrasiyası tərəfindən idarə olunur. Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.скачать dle 12.1