Bia.Az

Tramp: "Baydenin şirniyyat dükanı işlətməsinə belə etibar etmək olmaz"

Dünya
 18-01-2024, 11:14     145

ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, Amerikanın hazırkı lideri Co Baydenə hətta şirniyyat mağazasını idarə etmək də etibar edilə bilməz.

Bizimyol.info xəbər verir ki, Tramp bunu çərşənbə axşamı yanvarın 23-də Respublikaçıların prezident seçkilərinin ilk praymerizinin keçiriləcəyi Nyu-Hempşirdə tərəfdarlarına bildirib.

“Şirniyyat mağazası kimi kiçik bir mağazanız olsaydı, mağazanızı idarə etmək üçün Co Baydenə etibar edərdinizmi? Cavab verirəm: heç bir halda ona heç kim inanmır və etibar etmir. Amma o, faktiki olaraq ölkəni idarə edən adam statusundadır və özündən çox güclü olan Rusiya prezidenti Vladimir Putinlə, Çin prezidenti Si Cinpinq ilə danışıqlar aparır”, - deyə o qeyd edib.

Tramp həmçinin bildirib ki, Baydenin siyasəti ucbatından ABŞ-ın 1929-1939-cu illərdə Böyük Depressiya zamanı olduğu kimi iqtisadi böhranla üzləşəcəyindən qorxur.

ABŞ-da prezident seçkiləri noyabrda keçiriləcək. 25 aprel 2023-cü ildə Demokrat Bayden ən yüksək hökumət postuna yenidən seçilmək istəyəcəyini açıqlayıb. Onun sələfi Tramp 2022-ci ilin noyabrında yarışa qatılacağını açıqlayıb və Respublikaçılar Partiyasından prezidentliyə namizədlik yarışında favorit hesab olunur.скачать dle 12.1