Bia.Az

"Fransa Ermənistanın lehinə bənd əlavə etmək arzusuna görə təkliflərimizə cavab 2 həftə gecikdirildi"

Dünya
 12-01-2024, 10:57     130

“Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində qeyd etmişdi ki, əvvəl Ermənistan Qarabağla bağlı məsələni sülh müqaviləsinə salmaq istəsələr də indi müzakirə olunan təkliflərdə bunun olmadığını bildirdi. Təbii ki, 10 noyabr 2020-ci ildə Ermənistanın kapitulyasiya sənədinə imza atmasından sonra yeni reallıq yaranmışdı. Bu yeni reallıq torpaqlarımızın işğaldan azad edilməsi ilə başa çatsa da, sonrakı dövr üçün qeyri-müəyyənlik yaratmışdı. Azərbaycan yenə də təşəbbüs göstərərək müharibənin başa çatdığını bəyan edib sülh təkliflərilə çıxış etdi. Amma Ermənistan və “Ermənistan plyus” bu yeni reallığı qəbul etmək istəmir və sülh müqaviləsində Azərbaycanın ərazi bütövlüyünə təhdid yaradacaq yeni müddəalar salmağa çalışırdı. Bu, sülh müqaviləsinə Qarabağla bağlı məsələnin daxil edilməsi ilə bağlı idi. Amma 23 apreldə Laçın sərhəd keçid məntəqəsinin yaradılması sülh müqaviləsi ilə bağlı "Ermənistan plyus"un istəklərini də dəyişdirdi”.


Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Badamov danışıb. O, qeyd edib ki, yeni istəklər Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliklərinin təmin edilməsi ilə bağlı idi.

Azər Badamov
 Azər Badamov

Deputatın fikrincə, Azərbaycan lokal xarakterli antiterror tədbirlərini keçirməklə bu məsələni də təmin etmiş oldu. Ölkəmiz heç vaxt dinc əhaliyə və mülki obyektlərə qarşı silah işlətmədi. Hətta Ermənistanın və separatçıların təzyiqi altında könüllü şəkildə ərazilərimizi tərk edən ermənilərə heç bir yerə getməmələri və vətəndaşlığımızı alıb Qarabağda yaşamaqda davam etmələri təklif edildi. Belə bir praktika dünya miqyasında görünməmiş bir hal idi. Azərbaycan bir daha öz humanistliyini nümayiş etdirməkdə davam edir.

“Məhz sülh müqaviləsinin 70 gün Ermənistanda müzakirə olunmasının kökündə də "erməni plyuslar"ın Azərbaycana qarşı növbəti cəhdləri dayanırdı. Azərbaycan sülh müqaviləsi ilə bağlı öz iradlarını açıq şəkildə bildirdikdən sonra Ermənistan sülh müqaviləsi ilə bağlı Azərbaycandan aldığı son təkliflərini iki həftə ərzində cavablandırmışdır. Bu təklifləri iki həftə ərzində cavablandırmaq mümkün idisə, niyə 70 gün gecikdirlirdi. Təbii ki, burda Fransanın təsiri ilə sülh müqaviləsində Ermənistanın lehinə hansısa bir bənd salmaq istəkləri ilə bağlı olduğunu bilməkdə bir çətinlik yoxdur. Ölkə başçımızın qeyd etdiyi kimi bu gün müzakirə olunan sülh müqaviləsinin mətnində nə Qarabağla bağlı, nə də Qarabağda yaşayan ermənilərlə bağlı heç bir bənd yoxdur və bu məsələlər müzakirə olunmur”-deyən deputat əlavə edib ki, bu uğura ölkə başçımızın qətiyyəti və dəyişilməz mövqeyi sayəsində nail olunub.

скачать dle 12.1