Bia.Az

İran bu prosesin hər mərhələsində iştirak edir - ABŞ

Dünya
 12-01-2024, 10:55     141

Birləşmiş Ştatlar hesab edir ki, İran Yəmənin Ənsar Allah (Husi) üsyançı hərəkatının Qırmızı dənizdə gəmilərə hücumunda rol oynayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı jurnalistlər üçün xüsusi brifinqdə ABŞ administrasiyasının yüksək səviyyəli nümayəndəsi bildirib.

“İran husilərə kəşfiyyat məlumatları verirlər. Onlar husilərin bu hücumları həyata keçirmək üçün istifadə etdikləri imkanları təmin etdilər. Ona görə də biz inanırıq ki, iranlılar şübhəsiz ki, bu prosesin hər mərhələsində iştirak ediblər”, - ABŞ-ın yüksək rütbəli rəsmisi bildirib.

Eyni zamanda o, İrana qarşı “heç bir tədbir elan etmək niyyətində olmadığını” qeyd edib. "Ancaq biz düşünürük ki, İran Husilərin və bölgədəki digər qrupların hücumlarında oynadığı rola görə məsuliyyət daşıyır”, - deyə rəsmi əlavə edib.

Cümə gecəsi ABŞ və Britaniya qüvvələri Yəmənin Səna, Səada, Hudeydə, Taiz və Damar da daxil olmaqla bir sıra şəhərlərində Ənsar Allah hədəflərinə təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edərək zərbələr endirib.

ABŞ prezidenti Joe Biden Yəməndəki zərbənin Qırmızı dənizdə Husilərin görünməmiş hücumlarına cavab olduğunu və müdafiə xarakteri daşıdığını bildirib. Amerika administrasiyası raketlərin, pilotsuz uçuş aparatlarının (PUA) və Husilərin radar stansiyalarının yerləşdiyi yerə hücum edildiyini bildirib.

Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra husilər bildiriblər ki, İsrail ərazisinə hücumlar həyata keçirəcək və Fələstin anklavında əməliyyat dayandırılana qədər onunla əlaqəli gəmilərin Qırmızı dəniz sularından və Bab əl-Məndeb boğazından keçməsinə icazə verməyəcək.

ABŞ Mərkəzi Komandanlığının hesablamalarına görə, husilər noyabrın ortalarından bəri Qırmızı dənizdə 20-dən çox hərbi və mülki gəmiyə hücum edibскачать dle 12.1