ABŞ və Britaniya Yəməni bombalayır: Yaxın Şərq qana boğulub - YENİLƏNİB

ABŞ və Böyük Britaniyanın Yəmənə hücumunun hədəfi Səna və Hudeydə hava limanları, həmçinin Əd-Deyləmi aviabazası olub.
Bu barədə Qətərin "Al Jazeera" telekanalı "Ənsar Allah" hərəkatının (husilər) hərbi nümayəndəsinə istinadən bildirib.
Telekanalın məlumatına görə, ABŞ və Britaniyanın zərbələrinin əsas hədəfləri Səna beynəlxalq hava limanı, Hudeyda hava limanı və onun ətrafı, həmçinin Yəmənin şimal-qərbindəki Saada şəhərində yerləşən Əd-Dailami hərbi hava bazası və Kelen düşərgəsi olub.