Bia.Az

Lukaşenko: "Düşmən qüvvələr Belarusda vəziyyəti sarsıtmağa çalışacaqlar"

Dünya
 7-01-2024, 15:27     141

2024-cü il Belarus üçün asan olmayacaq, düşmən qüvvələr fevralda keçiriləcək parlament və yerli seçkilər zamanı ölkədə vəziyyəti sarsıtmaq üçün “məşq edəcək”.

Bizimyol.info xəbər verir ki, Prezident Aleksandr Lukaşenko bu barədə Minsk vilayətinin Şerşuny kənd təsərrüfatı qəsəbəsindəki pravoslav kilsəsinə Milad bayramı münasibətilə səfəri zamanı bildirib.

“Bu il çox çətin olacaq, onlar bizim üzərimizdə məşq edəcəklər. Və biz onların bu hərəkətlərinə qarşı təmkili olmalıyıq, hər şeyi səbrlə izləməliyik. Onlar gələcək prezident seçkilər - Belarusda 2025-ci ildə keçiriləcək prezident seçkiləri zamanı ölkədə qarışıqlıq yaraymaq üçün hazırlıq keçəcəklər”, - deyə "BelTA" xəbər agentliyi prezidentin çıxışından sitat gətirib.

Lukaşenko “həm sovet dövründə, həm də Sovet İttifaqının dağılmasından sonra çətin günləri görməyən gənclərə xüsusi diqqət yetirməyə” çağırıb: “Orta və yaşlı nəslin yaşadıqlarını onlar yaşamadılar. Bunu onlara deməliyik, göstərməliyik ki, bizim zəhmətimizlə əldə etdiyimizə qiymət versinlər. Dövlətimizin müstəqilliyinin qorunmasında bizimlə birgə olsunlar”, - deyə o qeyd edib.

“Biz hər şeyi etməliyik ki, bu illəri ləyaqətlə yaşayaq və əsas hadisəyə yaxınlaşaraq, özümüzü ləyaqətlə göstərək. Ki, biz bu torpağın sahibiyik, biz, tariximizdə məhrumiyyətlər və əziyyət çəkən belarus xalqının öz qanunlarımıza uyğun yaşamaq hüququ var”, - deyə Belarus lideri vurğulayıb.

2024-cü il fevralın 25-də keçiriləcək Belarus tarixində ilk tək səsvermə günü Milli Assambleyanın Nümayəndələr Palatasının (aşağı palata) 110 deputatı və yerli şuraların 12 514 deputatı seçiləcək. Belarusda prezident seçkiləri 2025-ci il iyulun 20-dən gec olmayaraq keçirilməlidir, tarix hələ müəyyən edilməyib.скачать dle 12.1