Bia.Az

“Bayden seçkilərindən əvvəl Üçüncü Dünya müharibəsini başlada bilər”

Dünya
 7-01-2024, 14:06     111

Donald Tramp: “On ay ərzində ölkəmizi tamamilə məhv edə bilərlər”

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp deyib ki, Amerikanın hazırkı lideri Co Bayden prezident seçkilərindən əvvəl Üçüncü Dünya müharibəsini başlada və ABŞ-ı məhv edə bilər. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

“Seçkilərə yaxın olsaq da, kifayət qədər yaxın deyilik... On ay ərzində ölkəmizi tamamilə məhv edə bilərlər”, - deyə siyasətçi bildirib.
Trampın sözlərinə görə, o, Ukrayna və Yaxın Şərqdə münaqişələrə imkan verməzdi, çünki Baydendən fərqli olaraq, dünya liderləri ilə necə anlaşacağını bilir.

Keçmiş Amerika lideri özünü ABŞ-ı xilas etməyə qadir olan yeganə namizəd adlandırıb.

Qeyd edək ki, Bayden bir müddət əvvəl Donald Trampın prezident seçkilərində qalib gəlməsinin ABŞ üçün bir çox təhlükələr yaratdığını bildirmişdi. Ağ Evin hazırkı rəhbəri hesab edir ki, Tramp ilk növbədə Amerika demokratiyasını təhdid edir.

Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.

Müəllif: Ayna.azскачать dle 12.1