Bia.Az

Yenə zəlzələ olacağı barədə xəbərdarlıq edirlər

Dünya
 2-01-2024, 15:01     175

Yaponiyanın qərbində zəlzələ qurbanlarının sayı 48-i keçib. Rəsmilər yenə zəlzələlərin baş verəcəyi ilə bağlı xəbərdarlıq edirlər.
Ölkə mediası on minlərlə evin dağıldığını bildirir.


+++

Yaponiyanın qərbində güclü zəlzələlər azı 30 nəfərin həyatına son qoyub, binalar, maşınlar, qayıqlar dağılıb. Bəzi yerlərdə rəsmilər əhaliyə evlərindən çıxmaq xəbərdarlığı ediblər, çünki daha güclü təkanlar ola bilər.

AP İşikava prefekturasında afterşokların davam etdiyini yazır. Yanvarın 1-də günortadan sonra burada 7.6 bal gücündə təkanlar qeydə alınıb.
Rəsmilər İşikavada 30 nəfərin öldüyünü təsdiqləyib. Daha yeddi nəfər ağır xəsarət alıb.

Baş nazir Fumio Kişida evlərdə qalmış adamların dərhal çıxarılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Yaponiya ordusu fəlakət zonasına min əsgər yollayıb. Dağıntıların miqyası isə hələ öyrənilir.





Nüvə stansiyaları normal işləyir


Regiondakı nüvə stansiyalarının normal fəaliyyət göstərdiyi bildirilir. 2011-ci ilin martında regiondakı güclü zəlzələ və sunami üç reaktorun əriməsinə, böyük miqyasda radiasiyanın yayılmasına səbəb olub.

Yaponiya Meteorologiya Agentliyi bazar ertəsi böyük sunami xəbərdarlığı etsə də, bir neçə saat sonra xəbərdarlığın səviyyəsi endirilib. Yanvarın 2-də səhər isə yığışdırılıb.

Agentlik bir neçə gün ərzində ərazidə daha bir neçə böyük zəlzələnin ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

ABŞ prezidenti Co Bayden bəyanatında bildirib ki, administrasiyası yapon xalqına gərəkən yardımı göstərməyə hazırdır.

Yaponiya "Alov halqası" adlı seysmik zonada yerləşdiyindən orada tez-tez zəlzələlər baş verir.

AP son bir gündə ölkədə yüzədək afterşokun qeydə alındığını xəbər verir./azadlıqradiosu/скачать dle 12.1