Bia.Az

Yeni il gecəsində Sankt-Peterburqda 3000-dək miqrant saxlanıb

Dünya
 2-01-2024, 14:52     168

Yeni il gecəsində Sankt-Peterburq şəhərinin mərkəzində miqrantların kütləvi saxlanması keçirilib.

Fontanka saytı xəbər verir ki, polis şöbələrinə 3 minədək miqrant gətirilib.

Xəbər verilir ki, bunlardan 600 nəfərinin miqrasiya qanunvericiliyini pozduğu məlum olub.

Bu da bildirilir ki, 100-dək miqrant Rusiyadan deportasiya oluna bilər.

Peterburqun mərkəzi hissəsi Yeni il axşamı ictimai gəzinti üçün bağlı idi. Şəhərdəki bayram tədbirləri Belqorod şəhərinin atəşə tutulmasının qurbanlarının xatirəsi üçün ləğv edilmişdi.

Dekabrın 30-da Belqorodun atəşə tutulması nəticəsində 25 nəfər həlak olub.

Sota saytı xəbər verilir ki, Moskvada da miqrantların saxlanması üçün reydlər keçirilib.

Saxlananların sayı barədə məlumat verilmir. Qırmızı meydan yanvarın 1-ə keçən gecə bağlı idi./azadlıqradiosu/скачать dle 12.1