Bia.Az

Tokayevdən unikal təklif: Hind okeanı sahili boyunca...

Dünya
 26-12-2023, 00:46     220

Qazaxıstan Rusiya-Qazaxıstan-İran marşrutu üzrə fiber-optik rabitə xətti çəkməyi təklif edib.

Axar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.

“Qazaxıstan informasiya texnologiyaları sahəsində əməkdaşlığın hərtərəfli inkişafından yanadır. Bu müstəvidə Rusiya-Qazaxıstan-İran marşrutu üzərindən Hind okeanının sahili boyu keçən mövcud beynəlxalq xətlərə qoşulmaq üçün fiber-optik rabitə xəttinin çəkilməsi imkanlarını nəzərdən keçirməyi təklif edirəm”, – dövlət başçısı bildirib.

Onun sözlərinə görə, bu, Avrasiya məkanında tranzit daşımaları üçün alternativ marşrut yaratmağa imkan verəcək.скачать dle 12.1