Daha bir məşhur cütlük barədə istintaq aparılır - FOTO
Türkiyədə daha bir fenomen cütlük, gözəllik mərkəzləri sahibi olan Tayyar Öz və Özlem Öz barədə istintaq başladılıb.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, cütlüyə qarşı Anadolu Cümhuriyyət Baş Prokurorluğu tərəfindən "cinayət törətmək məqsədi ilə təşkilat qurmaq", "cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaq", "rəsmi sənədlərin saxtalaşdırılması", "vergi proseduru qanununun pozulması" və "aktiv dəyərlərinin qeyri-qanuni mənbəyini gizlətmə" ittihamları irəli sürülərək haqlarında araşdırma başlanılıb.
Xatırladaq ki, Türkiyədə son günlər sosial media fenomenlərindən polisə çoxsaylı şikayətlər daxil olur. Keçirilən əməliyyatlar çərçivəsində noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.
Noyabrın 14-ü sosial media fenomenləri Bahar və Nihal Candan bacıları çirkli pulların yuyulması iddiaları ilə saxlanılıb.
Noyabrın 23-ü isə müğənni və fenomen Banu Parlak saxlanılsa da, sərbəst buraxılmışdı.