Bia.Az

Paşinyanın cəsarəti Obrayeni heyran etdi

Dünya
 28-11-2023, 18:00     250

Ermənistanın Baş naziri Nikol Paşinyan çox cəsarətli davrandı, o, Rusiyadan tam asılı olmasını istəmədiyini açıq şəkildə ifadə etdi.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Blinkenin köməkçisi Ceyms Obrayen deyib.

“Deyərdim ki, Baş nazir Paşinyan çox cəsarətlidir, o, Ermənistanın sərhədlərinin açılması və Qərblə münasibətlərin inkişafı baxımından irəliləməsini istədiyini, Ermənistanın Rusiyadan tam asılı olmasını istəmədiyini açıq şəkildə bildirdi”, - o vurğulayıb.

Brayen qeyd edib ki, son 1-2 ildə Paşinyanın həyata keçirdiyi islahatlar nəticəsində ölkədə sürətli iqtisadi artım davam edir:

“Məncə, Paşinyan da Azərbaycanla Ermənistana öz iqtisadi inkişafına diqqət yetirməyə, təhlükəsizlik əlaqələrini qurmağa və Mərkəzi Asiyadan Türkiyəyə ticarəti genişləndirməyə imkan verəcək sülh müqaviləsi imzalamaqda qətiyyətlidir”.скачать dle 12.1