Bia.Az

Qərbin təzyiqi güclənir, gələn il Rusiya üçün... - Korotçenko

Dünya
 28-11-2023, 17:54     361

Postsovet məkanı, orada baş verən proseslər Rusiyanın milli təhlükəsizliyi və gələcəyi üçün çox mühümdür. Bunu həm biz, həm də düşmənimiz anlayır. Son zamanlar kollektiv Qərb dağıdıcı proseslərə başlamaq və Rusiyanı prioritet maraqları zonasından çıxarmaq üçün fəaliyyətini maksimum dərəcədə gücləndirib.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.

“Bu baxımdan 2024-cü il hər şey baxımından taleyüklü il olacaq. Rusiya, onun müttəfiqləri və tərəfdaşları milli maraqların qorunmasında səylərini birləşdirməli və bütün sahələrdə - KTMT, MDB, Aİİ-də qarşılıqlı fəaliyyəti gücləndirməlidirlər”, - o bildirib.скачать dle 12.1