Bia.Az

İsrailin keçmiş baş naziri xain elan edildi

Dünya
 25-11-2023, 18:18     512

İsrailin keçmiş baş naziri Ehud Barak ölkədəki bəzi dairələr tərəfindən xain elan edilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Barakın xain elan edilməsinə səbəb bir neçə gün əvvəl CNN kanalına Qəzzadakı "Əş-Şəfa" xəstəxanası ilə bağlı açıqlaması olub.
Qeyd edək ki, E.Barak açıqlamasında İsrailin təxminən 40-50 il bundan əvvəl "Əş-Şəfa" xəstəxanasının altında sığınacaqlar tikdiyini deyib. Keçmiş baş nazirin bu sözləri İsrail ordusunun sözügedən xəstəxananın altında “HƏMAS-ın əsas hərbi qərargahının” olması ilə bağlı iddialarının ciddi sual altına düşməsinə səbəb olub.

Ehud Barakın ofisi elə həmin gün Feysbuk hesabından məsələyə aydınlıq gətirməyə çalışıb. Bildirilib ki, sabiq baş nazirin sözləri kontekstdən çıxarılaraq başqa formada ictimaiyyətə təqdim edilib. Əslində isə E.Barak İsrailin Qəzzanı nəzarətdə saxladığı zaman xəstəxananın tutumunu artırmaq üçün sığınacaqlar tikdirdiyini deyib.скачать dle 12.1