Bia.Az

İranda dəhşətli qar uçqunu

Dünya
 25-11-2023, 17:52     280

Bir qrup alpinist İranın Lorestan əyalətinin Zaqros dağlarında Oştoran Kux zirvəsinin ətəyində qar uçqunu altında qalıb.

Musavat.com bildirir ki, bu barədə “Mehr” agentliyi xəbər yayıb.

Məlumata görə, uçquna düşənlərin bəziləri həlak olub.

Qeyd olunur ki, faciə cümə axşamı baş verib.

Lorestan Tibb Elmləri Universitetinin yerli tibb rəsmisinin sözlərinə görə, 9 alpinist itkin düşüb, onlardan beşinin cəsədi sonradan tapılıb.

Üç nəfəri xilas etmək mümkün olub və onlar xəstəxanaya yerləşdirilibскачать dle 12.1