Bia.Az

Bütün gözlər TÜRKİYƏDƏ! Ankara onları sınağa çəkir - Yaxın günlərdə...

Dünya
 17-07-2023, 11:20     258

Ankaranın Vilnüs Sammiti zamanı və ondan əvvəl verdiyi mesajlar uzun müddət ciddi irəliləyiş əldə etməyən Türkiyə-Avropa İttifaqı münasibətlərinin canlandırılması ilə bağlı müzakirələri alovlandırıb. Bu müzakirələrin harada inkişaf edəcəyinə dair ilk siqnallar cümə axşamı Aİ xarici işlər nazirlərinin görüşündə veriləcək.

Musavat.com xəbər verir ki, Ukrayna müharibəsinin Türkiyənin geosiyasi əhəmiyyətini artırdığı və Ankaranın Aİ-yə üzvlüyü strateji hədəf kimi görməsi ilə bağlı mesaj verdiyi bir vaxtda Avropa İttifaqının xarici işlər nazirləri Brüsseldə görüşəcək.

Türkiyə mediası yazır ki, bu görüş Ankara üçün bir növ Avropa İttifaqının səmimiyyət sınağı olacaq.

Türkiyə məsələsi Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell tərəfindən hazırlanan sənədlə müzakirə olunacaq. Müzakirə mövzuları arasında Kipr danışıqlarının sürətlə başlamasına necə fəal şəkildə töhfə veriləcəyi və əlaqələrdə hansı konstruktiv addımlarının atıla biləcəyi yer alacaq. İqtisadi əlaqələr, miqrasiya və enerji kimi qarşılıqlı maraq doğuran sahələrə yenilərinin əlavə edilib-edilməməsi, Aİ-nin əlaqələrdə əlini gücləndirə biləcəyi sahələr olub-olmaması nazirlərin cavab axtaracaqları suallar arasındadır. Aİ-nin son dövrdə münasibətlərə hakim olan “ver-al” yanaşmasından qısa müddətdə imtina edəcəyi gözlənilmir.

Türkiyənin Aİ-dən əsas məsələlərlə bağlı gözləntilərini və hazırkı mənzərəni isə belə ümumiləşdirmək olar:
64b460724e3fe11ea803a071.jpg (46 KB)
GÖMRÜK BİRLİYİ: Yaşıl və rəqəmsal transformasiya üçün də zəruri hesab edilən yeniləmə Türkiyənin mövcud razılaşmadakı bəzi qüsurları düzəltməli olduğu fikrində olan Aİ Komissiyası və Avropa Parlamenti tərəfindən dəstəklənir. Əvvəllər siyasi səbəblərdən yeniləməkdən imtina edən üzv dövlətlərin münasibəti burada həlledici olacaq. Danışıqlar başlasa, bunun iki-üç il çəkəcəyi gözlənilir. Təsdiq prosesinin isə ən azı bir il çəkə biləcəyi bildirilir. Təsdiqləmə prosesində Kipr və insan haqları kimi məsələlər ön plana çıxacaq.

VİZA AZADLIĞI: Türkiyə vətəndaşlarına viza azadlığının təmin edilməsi üçün yerinə yetirilməli olan 72 kriteriya var ki, bunlara Ankara da imza atıb. Türkiyə bunlardan 66-nı yerinə yetirib. Qalan 6 meyarda isə illərdir heç bir addım atılmayıb. Türkiyə lazımi addımları atmazsa, Aİ-nin istisnaya uyğun hərəkət etməsi gözlənilmir. Şərtlər imkan verərsə, addımların atılacağı bir sahə olaraq vizanın sadələşdirilməsi ön plana çıxa bilər.

YENİ DİALOQ PROSESİ: Türkiyə Aİ-nin ən uzun və ən mürəkkəb əlaqələri olan ölkələr arasında birinci yerdədir. Bu, dialoqun vacibliyini vurğulayır. Bu kontekstdə uzun müddətdir pozulmuş və konkret sahələrə yönəlmiş yüksək səviyyəli dialoq görüşlərinin yenidən aktivləşdirilməsi atılacaq addımlar sırasındadır.

ÜZVLÜK DANIŞIQLARI: Türkiyə üzvlüyün strateji məqsəd olduğunu bəyan etməyə davam etsə də, illərdir bu prosesdə bir addım belə atılmayıb və danışıqlar dalana dirənib. Aİ indiki şəraitdə bu sahədə addımlar atmaq niyyətində deyil və bunu gizlətmir. Brüsseli buna məcbur etmək və irəliləyişə nail olmaq isə Türkiyənin atacağı addımlardan asılıdır.скачать dle 12.1