Bia.Az

Qazaxıstanda prezident seçkiləri keçirilib - YENİLƏNİB

Dünya
 20-11-2022, 20:16     153

Qazaxıstanda növbədənkənar prezident seçkilərində səsvermə respublikanın əksər bölgələrində yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 18:00) başa çatıb.

Ümumilikdə ölkə üzrə 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərib.

Eyni zamanda, Qazaxıstanın 5 rayonunda - Aktobe, Atırau, Qərbi Qazaxıstan, Qızılorda və Manqistau vilayətlərində saat fərqinə görə seçki məntəqələri bir saat sonra bağlanacaq.

xxx

Qazaxıstanın 15 regionunda prezident seçkiləri başlayıb.

Ölkənin seçki məntəqələrinin əsas hissəsində səsvermə yerli vaxtla saat 07:00-dan 20:00-dək keçiriləcək. Eyni zamanda, yerli vaxtla saat 06:00-da 86 seçki məntəqəsi səsverməyə başlayacaq.

Qazaxıstanda seçki kampaniyası oktyabrın 21-də başlayıb və noyabrın 19-u saat 00:00-a qədər davam edib.

Bu gün ölkə üzrə 10 101, xaricdə isə 68 seçki məntəqəsində səsvermə keçiriləcək. 2022-ci il iyulun 1-nə olan məlumata görə, seçicilər siyahısına 11 827 277 Qazaxıstan vətəndaşı daxil edilib.

İki qadın və dörd kişi olmaqla altı namizəd prezidentliyə namizəd kimi qeydə alınıb./Teleqraf.comскачать dle 12.1