TƏCİLİ! Türkiyənin sərhəd bölgəsinə raket atılıb: yaralılar var - YENİLƏNİB
Türkiyənin Kilis şəhərindəki Öncüpınar sərhəd-keçid məntəqəsi bölgəsinə raket hücumu nəticəsində 1-i komissar, 6-sı polis olmaqla 8 təhlükəsizlik əməkdaşı yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
***
Türkiyənin Kilis şəhərindəki Öncüpınar sərhəd-keçid məntəqəsi bölgəsinə raket hücumu edilib.
Musavat.com xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
İlkin məlumata görə, 1 hərbçi, 2 polis yaralanıb.