Bia.Az

İnternet azadlığı reytinqi açıqlanıb

Dünya
 26-10-2022, 09:51     178

“Freedom House” beynəlxalq insan hüquqları təşkilatı 2022-ci il üzrə internet azadlığı reytinqi yayıb.

 Novator.az bildirir ki, hesabat Azərbaycanı internetin azad olmadığı ölkələr siyahısında göstərir. Türkiyə, İran, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan da həmin sırada yer alır.

Reytinqə əsasən, Ukrayna, Qırğızıstan qismən azad ölkələrdir.

Estoniya, Gürcüstan, Ermənistan azad ölkələr sayılır.

İnternetin azad olduğu ölkələr içində ABŞ, Kanada, Argentina, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Cənubi Afrika Respublikası, Yaponiya, qismən azad olduğu ölkələr içində Meksika, Braziliya, Hindistan, azad olmadığı ölkələr içində Səudiyyə Ərəbistanı, Pakistan, Çin də var.скачать dle 12.1