Bia.Az

Hindistan XİN-dən “Əbədi məhəbbət nağılı”: Sizi SPEYS-in “ahı” tutacaq! – Əntiqə Rəşid yazır

Cəmiyyət
 20-05-2021, 21:49     961

Ötən gün bilmişəm ki, Fransa, ABŞ və digər dövlətlərdən sonra Ermənistanın Qarabağ və onun ətrafında qaldırdığı şüvənliyə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi də etinazsız qalmayıb. Yəni, bütün ermənipərəstlər hazırda beynəlxalq aləmdə “Qarabağ”deyib başına-gözünə döydüyü bir zamanda, bir də ortaya Zəngəzur məsələsinin çıxması yer üzündəki erməniləri dərdə- qəmə düçar edib.

Bir sözlə, Hindistanın da Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrlə bağlı açıqlama verəcəyi də ağlıma gəlməzdi. Çünki Hindistan Milli Azadlıq Hərəkatının lideri Mahatma Qandinin Yerevanda 2020-ci ildə “bəh-bəh”lə ucaldılmış heykəlinin yandırılmasının heç bir ayı da tamam deyil!

Hindistana rəsmi cavab

Bizim rəsmi Bakının da məsələyə münasibətini öyrəndim. Deməli, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin cavabını gözəlcə verdiyinə heç bir şübhəniz olmasın. Leyla xanım deyib ki, Azərbaycan   yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir:” Rəsmi şəkildə bəyan edildiyi kimi, Azərbaycan özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir və bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir. Son aylar ərzində tərəflər arasında sərhəd məsələləri üzrə fikir ayrılıqları olub və bunların hamısı üçtərəfli bəyanatların tərəfləri arasında danışıqlar yolu ilə həll edilib”.
Yəni, dolayısı ilə , üstörtülü bildirib ki,”ay Hindistan, alan razı, satan razı, sən niyə çırmalanıb meydana atılmısan?”
Rəis xanım dübarə bildirib ki, son 30 ildə Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı hər hansı çağırış etməyən Hindistan Xarici İşlər Nazirliyinin indi qüvvələrin geri çəkilməsindən danışması olduqca qəribədir:” Aydındır ki, bu son açıqlama məsələnin müxtəlif cəhətləri hərtərəfli araşdırılmadan verilib”.
Leyla xanım bu dəfə də üstörtülü, dolayı şəkildə vurğuluyubdu ki, bizim xalqımız evindən , torpağından olanda, dinc əhalisi vəhşicəsinə qətlə yetiriləndə. Xocalı soyqırımında harayımız aləmi götürəndə harda qırılmışdınız?
Nəyisə ki, Leyla Abdullayeva sağ olsun, çox peşakar şəkildə Hindistanın üstüörtülü şəkildə, dolayısı ilə ağzının payını verib.
İndi söhbəti fırlatmışam öz tərəfimə. Mən də bu mövzuda bir iki cümlə yazmasam olmaz!
Ermənilərin ilk qəzeti Hindistanda işıq üzü görüb
Əvvəlcə fikirləşdim ki, görəsən bunları bir-birinə nə bağlayır?
Əsl adı Aramei – köçəri, köçəri tayfalar demək olan ermənilər həm dil, həm də irq sarıdan hindlilərə çox yaxındı. Hindistanda ermənilərin məskunlaşması XVII əsrin ortalarından başlamışdır. İlk vaxtlar ermənilər, Hindistana ticarət məqsədi ilə gəlmişdilər. Erməni mənbələrində, tacirlərin Hindistana ilk dəfə X əsrdə getmələri qeyd olunmuşdur. Tacirlər əsasən dəyərli daş-qaş və parça ticarəti ilə məşğul olurdular. 1956-cı ildə Yeni Dehli şəhərinin arxiv idarəsi, ermənilər haqqında bəzi sənədləri açıqlamışdır. Həmin sənədlərdə, ermənilərin Hindistana 780-cı ildə gəldikləri göstərilmişdir. Tarixi baxımdan təsdiqini tapmamış, məlumatlardan birində isə Vasko da Qamanın Hindistana 1498-ci ildə təşkil etdiyi səfər zamanı, erməni tacirləri ilə qarşılaşmışdır. Hindistanda ermənilərə məxsus ilk dini ibadətgah 1562-ci ildə inşa olunmuşdur. 1772-ci ildə Yakop Şahamiryan adlı erməni, Cenay şəhərində mətbəə yaratmışdır. Dünyada ilk erməni dilində qəzet olan Azdararda 1794-cü ildə Hindistanda çap olunmuşdur. Qəzetin nəşr olunmasında, Aratun Şumovyan rolu böyük olmuşdur.
Azdarar qəzeti bir neçə səhifədən ibarət idi. Qəzet əsasən, Hindistanda yaşayan və işləyən erməni tacirləri, gündəlik xəbərlər haqqında məlumatlandırmaq məqsədi daşıyırdı. 1815-ci ildə Bombey şəhərində Erməni dərnəyi yaradıldı. Dərnək əsasən, erməni gənçləri təhsilə cəlb olunması ilə məşğul olurdu. 1821-ci ildə Kəlkütə şəhərində bu gündə fəaliyyət göstərən Erməni kolleci yaradıldı. Hindistan erməniləri mədəni sahədədə bir sıra işlər görmüşdülər. Sezarın ölümü tamaşası, erməni dilinə tərcümə olunmuş və səhnələşdirilmişdir. 1947-ci ildə Pakistanın Hindistandan ayrılması ilə Hindistandanda yaşayan ermənilər, müharibə təhlükəsi ilə üzləşdilər. Bu səbəbdən bir çox erməni ailələrində olan uşaqlar, sistemli şəkildə ABŞ və Avstraliyada olan erməni məktəblərinə göndərildi. Zamanla Hindistanda yaşayan ermənilərin sayı sürətlə azalmağa başladı. XIX əsrin ortalarında 18 min nəfər olan erməni əhalisi 1990-cı illərdə min nəfərə qədər azalmışdır. Ermənilərin böyük bir qismi ABŞ-a köçmüşdür. Bir sözlə, bir-birinə qaynayıb, qarışmış xalqlardı.
Vaqif  Mustafayin 15 illik “zəhməti”

İndi deyəcəklərim yəqin ki, sovet dönəmində yaşayan və məktəbli olan hər kəsə maraqlı olar. Deməli hər həftənin 6-cı günü həmkəndlimiz  ” kinoverən Musa dayı” məktəbimizdə indi bizi qınayan bu hindistanlıların filmlərini nümayiş etdirirdi. Bileti 20 qəpiyə…Allllah, hec unutmaram, o kinozaldan çıxanda gözümün yaşını, ağlamaqdan qızarmasını… Şakanın ölməyinə, Virunun yıxılmasına, Vicayın yaralanmasına, Qabbar Sinkxin qadınlara işgəncə verməsinə, hind gözəlinin övladından ayrı düşməsinə, uşağın atasının düşmənləri ilə davasına… o qədər ağlayırdım ki…Onu da deyim ki, təkcə ağılsız mən deyildim haa, mənim kimisi çox idi. 6-cı sinifdən başlayaraq 10-cu sinfə qədər ” Kinoverən Musa dayı”nın göstərdiyi filmlərlə böyüdüm…Bir kinoya nə qədər baxardılar… Hələ o mahnılar vardı haa, “indeyski məhəbbətlə baxan” qızın ( oğlanın)  baxışları altında dinlədiyimiz mahnılar… Pəh, özümüzü unudurduq! “Xattuba”” “Çimi, Cimi”, “Mahbuba”…
Yadıma düşmüşkən deyim, o vaxt ilk məhəbbətim də elə Amitabaxt Baççan olmuşdu. 9-cu sinifdə tutduğum “Xatirə dəftəri” də xatirə dəftərindən çox A. Baççanın şəkil albomuna dönmüşdü.
Elə məktəbi bitirib dərindən nəfəs almaq istəyirdik ki,” kinoverən Musa dayı”dan qalan başımızı da sonra Space televiziya kanalının rəhbəri Vaqif Mustafayev, nə az, nə çox düz on beş il xarab elədi.
Əlqərəz, mənim ağlamaqdan şişmiş gözlərimi, Vicayın, Şakanın, Zitanın, Gitanın, Çiminin dərdini –acısını yaşadığım günlərimi saya salmadınız!
Yaxşı mən köçkünün, mən kasıb təbəqənin, mən kimi minlərlə problemlərin əhatəsində qalmış vətəndaşların dərdini bir tərəfə atıb , 15 il yalnız sizi SPEYS kimi telekanalda gecə-gündüz , dönə-dönə, sevə-sevə  reklam edən Vaqif Mustafayevin haqqını niyə dandınız?  Yazıq kişinin 15 illik sizə çəkdiyi əməyi erməniyə görə, zibil edib qaytarıb vurdunuz , ora, yəni divara!
Acı göz yaşlarımı və qıpqırmızı qızarmış görlərimin haqqını  sizə bağışlamıram!Vaqif  Mustafayevin ahı tutsun sizi!
 скачать dle 12.1