Bia.Az

Professordan koronavirus proqnozu - PİK HƏDDƏ çatacaq

Cəmiyyət
 1-02-2021, 13:24     158

Türkiyəli pulmonoloq, professor Bünyamin Sertoğulları koronavirus yoluxmalarının fevral ayından etibarən yenidən artacağını iddia edir.


Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor bunu karantin tədbirlərinin yumşaldılması ilə əlaqələndirib.

“Son günlərdə insanlar tədbirlərə əməl etmir, küçələrə çıxır, qohumlarını ziyarət edir. Bu, qorxduğumuz mənzərədir. Virus yenidən aramızda dolaşmağa başlayıb. Xəstə sayının və süni nəfəs aparatına bağlanan insanların azalması sizi aldatmasın.

Əgər əhali tədbirlərə riayət etməsə, vəziyyət kritik həddə çatacaq. Daha çox gənc nəsil çıxıb gəzməyə üstünlük verir. Xəstəlik riski az olduğundan çoxu koronavirusu asimptomatik keçirir.

Bu da aşağı düşən xəstə sayının çoxalmasına səbəb olur. Virusun yayılacağını nəzərə alsaq, xəstəlik fevral ayının ortalarında pik həddə çatacaq. Xüsusilə mağazalarda sıxlığın olması bizi narahat edir.

Bir qrup əhali peyvənd olunsa da, karantin qaydalarına əməl etməyə davam etməlidir. Peyvəndin təsirinin görünməsi üçün bir ay ərzində 2 doza tətbiq olunmalıdır. Kütləvi immunitetin yaranması üçün əhalinin ən az 60 faizinin peyvənd olunması lazımdır”.


скачать dle 12.1