Bia.Az

Tofiq Ağababayev dəfn olundu - Yeniləndi

Cəmiyyət
 20-12-2024, 15:19     981

Azərbaycanın Xalq rəssamı Tofiq Ağababayev dəfn olunub.

Teleqraf.com xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

***

14:18
Azərbaycanın Xalq rəssamı, Bakı şəhərinin ilk baş rəssamı olmuş Tofiq Ağababayevlə vida mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, mərasim Təzə Pir məscidində baş tutub.

Mərasimdə ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak ediblər.

Mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.

Xalq rəssamı Tofiq Ağababayev bu gün 96 yaşında vəfat edib.скачать dle 12.1