11 hektarlıq meşə ərazisi QIRĞINA VERİLDİ... - BU NƏDİ BELƏ?!
"Biz deyilik sizsiz bunun adı nədir. Qusar şəhərinə bitişik belə möhtəşəm düzən meşə ev tikmək üçün dağıdılır. Sotunu 3 min manatdan satıblar təxminən 11 hektar meşəni. Hazır parkdır ey. Ümumi meşə ərazisi lap genişdir neçə yüz hektar..." Dia-az.info xəbər verir ki, bu barədə sakinlər həyəcan təbili çalır.
Narazı vətəndaşlar iddia edir ki, meşə ərazisi ETSN rəhbəri Muxtar Bababevin imzası ilə satılır.
Sakinlər bildirir: "Elə bir Nazir təsəvvür edə bilərsiz ki, Nazirlər Kabinetinə müraciət etsin ki, mənim meşəmi alın ev tikin. Dəlixanadır...
Aidiyyatı qurumlardan xahiş edirik maraqlansınlar görək belə bir vacib ildə belə həyasız bir təxribatı kimlər icra edir?"