Bia.Az

İrəvandan Bakıya pozitiv ismarış gəldi – İlk “8” Azərbaycana verilir

Cəmiyyət
 26-01-2024, 16:17     166

Ermənistanla Azərbaycan arasında gedən müzakirələrdə işğal altındakı 8 kənd və mina xəritələrinin təhvil verilməsi də tez-tez müzakirə olunur. Rəsmi İrəvan kəndlərlə bağlı konstruktiv mövqe sərgiləməsə də, uzun müddət sonra mina xəritələri barədə pozitiv addım atıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb ki, yaxın günlərdə Azərbaycana 8 yeni mina xəritəsi təhvil veriləcək.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Ermənistandan mina xəritələri ilə bağlı gələn yeni açıqlamalar pozitiv fəaliyyət kimi dəyərləndirilməlidir:

“44 günlük Vətən müharibəsinin başa çatmasına baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin dəqiq xəritələrini Azərbaycana təqdim etməyib. Bu vaxtda qədər İrəvan həmin xəritələrin Bakıya verildiyini iddia edirdi. Həmin açıqlamalardan sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yeni xəritələrin veriləcəyi ilə bağlı danışması çaşqınlıq yaradır. Baş nazir xəritənin olmadığını dediyi halda xarici işlər naziri 8 yeni xəritədən söhbət açır. Təkcə bu faktın özü Ermənistan hakimiyyətində mina məsələsi ilə bağlı vahid, doğru fikrin olmadığını göstərir”.

Ədalət Verdiyev

Hərbi ekspertin sözlərinə görə, bu günə qədər verilən xəritələr Azərbaycanın işinə yaramayıb:

“Minatəmizləmə prosesi ilə məşğul olan mütəxəssislər sözügedən xəritələrin dəqiqliyinin 25 faiz olduğunu bildirib. 8 xəritənin verilməsinin böyük əhəmiyyəti olmayacaq. Yenə də bu addım Ermənistanın səhv yoldan döndüyünü nümayiş etdirə bilər. Xəritələrin dəqiqliyinə diqqət etmək lazımdır. Belə bir variant da var ki, həmin xəritələrin aid olduğu əraziləri mütəxəssislərimiz təmizləyib, yaxud da hazırda təmizləyir”.
Qeyd edək ki, 2020-ci ildən bu yana qurbanların Azərbaycanda mina qurbanlarının sayı 342 nəfərə çatıb.скачать dle 12.1