Bia.Az

Ermənistan Azərbaycanla hərbi toqquşmaya təhrik edilir – “Əsas məqsəd budur ki…”

Cəmiyyət
 26-01-2024, 11:43     118

Globalinfo.az politoloq Oqtay Qasımovun müsahibəsini təqdim edir:

– Oqtay bəy, Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun (IPSE) prezidenti Emmanuel Düpüy deyib ki, Macarıstanın Baş naziri Viktor Orbanın Avropa İttifaqı Şurasına potensial sədrliyi Azərbaycan və Türkiyənin xeyrinə olacaq. V.Orbanın sədrliyi mümkündürmü?
– Viktor Orbanın Avropa İttifaqı Şurasına sədrliklə bağlı mövqeyi açıqlanıb. Məlum olub ki, o, Aİ Şurasına rəhbərlik etmək niyyətindən uzaqdır. Əgər fikrini dəyişərsə, orada Azərbaycan və Türkiyənin əleyhinə atılacaq müəyyən addımlara əngəl törətməyə çalışacaq. Avropa İttifaqında bütün məsələləri qurumun rəhbəri deyil, üzv olan iki aparıcı ölkə – Fransa və Almaniya müəyyən edir. Əksər ölkələr də onların təsiri altındadır. Təbii ki, Azərbaycan və Türkiyənin Macarıstanla strateji tərəfdaşlıq səviyyəsində çox yaxşı münasibətləri var. Eyni zamanda hər iki ölkə Türk Dövlətləri Təşkilatında təmsil olunur. Macarıstan isə həmin təşkilatın müşahidəçi üzvü qismində iştirak edir.
– Maraqlıdır, Fransa-Azərbaycan münasibətlərinin normallaşması gözlənilir?
– Güney Qafqazda vəziyyətin dəyişməsinə səbəb olacaq əsas məsələlər sırasında Fransa, Almaniya və ABŞ-ın siyasətində dəyişikliklərin olub-olmaması dayanır. Hazırda sadalanan ölkələr Cənubi Qafqazda vəziyyətin sabitləşməsində deyil, daha çox gərginləşməsində maraqlıdır. Ermənistanın təhrik edilməsi də buna hesablanıb. ABŞ, Almaniya və Fransa gələcəkdə dünya düzənində önəmli coğrafiyaya sahib bölgəyə, buradan keçən kommunikasiya xətlərinə nəzarət etmək istəyir. AŞPA-nın ölkəmizin əleyhinə verdiyi qərar da bu prosesin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Oqtay Qasımov

Azərbaycanla Fransa münasibətlərinin normallaşması uzun zaman tələb edir. Münasibətlərin pozulmasının səbəbi Fransadır. Bakı bunda maraqlı olmadığını dəfələrlə deyib. Amma Parisin anti-Azərbaycan siyasətinə adekvat cavab vermək hüququnu da özündə saxlayır.
– İddia edilir ki, Avropa Cənubi Qafqazda qüvvələr nisbətini tarazlaşdırmaq məqsədilə Ankara, Tehran və Pekinlə əlaqələrdə vasitəçi kimi Azərbaycana müraciət edəcək. Mövcud vəziyyətdə bu proses nə qədər realdır?
– Azərbaycanın vasitəçilik missiyasını yerinə yetirməsi real görünmür. Çünki Bakının Ankara ilə müttəfiqlik münasibətləri var. Şuşa Bəyannaməsi ilə bu, bir daha təsdiq olunub. Azərbaycanın İranla münasibətlərindəki gərginlik hələ də qalmaqdadır. Tehranda səfirliyimizin fəaliyyətə başlaması prosesi yubanır. Bunun əsas səbəbi də İran tərəfindən istintaqın yekunlaşmamasıdır. Çinlə münasibətlərimiz normal olsa da, vasitəçilik real deyil.скачать dle 12.1