Bia.Az

"Təhlükəyə qarşı hazırlıqlı olmaqla, hadisələrin təsirindən minimal zərərlə qurtarmaq olur”

Cəmiyyət
 12-01-2024, 18:16     244

Bir neçə gün öncə Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsi zamanı 4 körpə həyatını itirdi. Düzdür, hadisə ilə bağlı cinayət işi açılıb və günahkarlar cəzasını alacaq. İndi bir sual edək, verilən cəzalar ölən 4 körpəni geri gətirəcəkmi? Əsla! Bundan sonra yenə eyni şəkildə hadisələr baş verəcək və insanlar öləcək. Yadınıza gəlirsə, bir neçə il öncə Narkoloji dispanserdə yanğın baş vermişdi…

Səhiyyə əslində insanların sağlamlığına xidmət etməlidir. Nəticə, xidmətin "x" hərfinin olması şübhə altındadır.

Bəs insanların sağlamlığına xidmət edən bu qurumlar primitiv yanğın təhlükəsizlik qaydalarına necə əməl etməlidir?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər bir müəssisə, təşkilat, obyektdə yanğın təhlükəsizliyi rejiminin təmin olunmasını, obyektin yanğına dair təchizatla təmin olunması, ilkin yanğın söndürmə vasitələri, yanğın siqnalizasiya vasitələri, ehtiyat su çəni, yanğın dolabları, yanğın şkafları, yanğın hidrantlar yəni yanğın təchizatları normativ standartlara uyğun olaraq təmin edilməlidir. Hər bir obyektdə yanğın təhlükəsinə dair rejim yaradılmalıdır.
Obyektdə çalışan bütün işçilərin bu barədə bilik və bacarıqlarının formalaşmasını təmin edilməlidir. İşçilər mütəmadi olaraq, təlimatlardan keçirilməli, onların yanğın təhlükəsizliyinə dair olan bilik və bacarıqları formalaşmalıdır.
Elmar Nurəliyev
 Elmar Nurəliyev

Elmar Nurəliyev bildirib ki, mütəmadi olaraq, işçilərin bilik və bacarıqları ilə yanaşı, obyektlərin yanğın təhlükəsizlik sistemləri və avadanlıqları da yoxlanılmalıdır. Avadanlıqların, qurğuların yanğın təhlükəsizliyinə dair olan təchizatı daim işlək və saz olması təmin edilməlidir. Nasazlıq olarsa, bunun aradan qaldırılması yalnız ixtisaslaşmış müəssisə tərəfindəni təmin edilməlidir. Ekspert qeyd edib ki, ümumiyyətlə avadanlıqlar qurğular, dəzgahlar, makinalar, aparatlar - bunların hər birinin təhlükəsizlik qaydalarına riayət etməklə istismarı həyata keçirilməlidir.
“Otaqlarda olan avadanlıqlar, elektrik tutumu və elektrik təsərrüfatı daim saz vəziyyətdə olmalıdır. Elektrik təsərrüfatının hər hansı bir nasazlığının aradan qaldırılması və ya yoxlanılması yalnız ixtisaslanmış müəssisə tərəfindən həyata keçirilməlidir”-deyən ekspert vurğulayıb ki, yanğınların böyük əksəriyyəti elektrik qapanması ilə baş verdiyi üçün elektrik xətləri normadan artıq yüklənməli deyil. Yəni elektrik avadanlıqları, elektrik qurğuları, aparatlar - bunların hər birinin elektrik yükü naqillərin elektrik yükü ilə uyğun olmalıdır. Normadan artıq yüklənməyə yol verilməməlidir. Bu da qızmağa, alışmağa, qısaqapanmaya və yanğına gətirib çıxaran amillərdir. Ona görə bütün təyinatlı obyektlər, səhiyyə müəssələri də yəni obyektin norma və standartlara uyğun olaraq, təchiz edilməsi elektrik avadanlıqlarının, qurğuların vaxtında istismarı zamanı təhlükəsizlik qaydasına riayət olunmaqla təşkilini təmin etməlidir ki, hərhansı bir yanğın hadisəsinin baş vermə riski olmasın. Olsa da, vaxtında aradan qaldırmaq mümkün olsun.

“Yanğın siqnalizasiya vasitələri daim saz vəziyyətdə olmalıdır. Bu siqnalizasiyaların funksionallığı olduqca mükəmməldir. Bir inzibati binada neçə otaq sayı olmasından asılı olmayaraq, siqnalizasiya işə düşən kimi mərkəzi pulta məlumat ötürür. Bu bildirişlə avtomatik olaraq, könüllü yanğın söndürmə dəstəyi, yəni qabaqcadan müəyyən edilmiş işçilər fəaliyyətə başlayır”-deyə ekspert qeyd edib.

Elmar Nurəliyev əlavə edib ki, ümumiyyətlə 100 faiz sığortalanma deyilən bir anlayış yoxdur.

“Yəni heç bir hadisədən 100 faiz sığortalanmaq olmaz, ancaq bu cür təhlükəyə qarşı hazırlıqlı olmaqla belə hadisələrin təsirindən minimal zərərlə qurtarmaq olur”-ekspert vurğulayıb.скачать dle 12.1