Bia.Az

İşçilər hansı xüsusiyyətlərə fikir verməli, hansı qaydalara əməl etməlidirlər? - Ekspert danışır...

Cəmiyyət
 3-01-2024, 15:05     144

AR-nın Əmək Məcəlləsini və digər əmək qanunvericiliyini minimum səviyyədə də olsa bilmək - hər bir işçi üçün mühüm əhəmiyyət daşıyır. Əmək münasibətlərində işçi və ya işçilərin pozulmuş əmək hüquqlarınınbərpası ilə bağlı müraciətləri də bu münasibətlərin əsas elementlərindın biridir. Bu müraciətlər ilə əlaqədar işçilər hansı xüsusiyyətlərə fikir verməli, hansı qaydalara əməl etməlidirlər?

1. AR-nın qanunvericiliyinə əsasən hər bir işçinin vəzifəli şəxslərə və dövlət orqanlarına müraciət etmək hüququ vardır. Lakin, hər bir işçi bu zaman nəzərə almalıdır ki, müraciıt ilk növbədə aidiyyatı üzrə vəzifəli şəxslərə və ya dövlət orqanının rəhbərinə olmalıdlr.
2. Ərizə və şikayətlər imkan daxilində qısa və konkret olmalıdlr. Müraciətlərin-şikayət üzrə böyük həcmdə yazılması və ya tərtib edilməsi onun həll edilməsini asanlaşdırmır. Çalışmaq lazımdır ki, müraciətdə dəqiq və ya konkret olmayan, ehtimal olunan, sübutu mümkün olmayan ifadələrə yol verilməsin.
3. Bu halları Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına yazılan müraciətlərdə də çox görmüşəm. Bəzən işçilərin müraciətləri 5-10 çap vərəqindən və ya daha çox olur. Bir çox hallarda işçilər əsas pozulan hüquqlarından daha çox, şikayət etdiyi idarə və müəssisə rəhbərinə, vəzifəli şəxslərinə aid şikayətlər edir, ümumi sözlər yazır, şikayətin əsas predmetinə uzaq fikirlər yazırlar.Buda həmin işçinin əsas şikayətini bir növ yaddan çıxarır və ya əhəmiyyətsiz hesab edir, işəgötürəndə şikayətı aid olmayan digər müraciətlərdən sui-istifadə edir, işçini haqsız çıxarmağa çalışır.
4.Mediasiya istisna olmaqla, dövlət orqanı və ya digər vəzifəli şəxslərə müraciət, işçinin məhkəməyə müraciət etmək üçün iddia müddətinin dayandırılmasına səbəb olmur. Bu müddət yalnız işçinin və ya ailə üzvünün xəstələnməsi, vəfat etməsi və ya digər üzrlü səbəblərdən olduqda dayandırıla bilər.
5. Pozulmuş hüquqlarının bərpası ilə bağlı işçi aşağıdakı qurumlara müraciət edə bilər:
5.1. Əmək hüquqlarını pozmuş işəgötürənə.
5.2. Əmək hüquqlarını pozan işəgötürənin tabe olduğu yuxarı təşkilatın rəhbərinə.
5.3. Əmək hüquqlarına əməl edilməsinə ictimai nəzarəti həyata keçirən həmkarlar ittifaqı təşkilatına.
5 4. Həmkarlar ittifaqı təşkilatlarının yuxarı orqanına.
5.5. Əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətinə.
5.6. Məhkəməyə müraciət etməmişdən əvvəl Mediasiya təşkilatına.
5.7. İddia ərizəsi ilə məhkəməyə.
6. Mediasiyaya müraciətlə əlaqədar bu təşkilata ümumi olaraq 60 manat xidmət haqqı ödənilir.
7. İddia ərizəsi ilə məhkəməyə müraciət edən işçi dövlət rüsumunin ödənilməsindən azaddır.
8. Əmək hüquqlarının bərpası ilə bağlı bu sahəni bilən, təcrübəli və peşəkar vəkil və hüquqşünasların xidmətindən istifadə edin.

Müəllif: Azər Quliyev - Neftçilərin Hüquqlarının
Müdafiəsi Təşkilatının Eksperti
Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)
скачать dle 12.1