Bia.Az

Hər mənada bəxti uğursuz olan Seyid Əzim Şirvani

Cəmiyyət
 24-07-2023, 19:09     295

Əli Fəhmi deyirdi: “Məhəmməd Füzuli bu dünyadan köçəndə kölgəsi Yer üzünə düşüb, o kölgə Seyid Əzim Şirvanidir”.
Bu bizik ?!..

Ondan yazmamaq günah olardı və görəsən sağ olsaydı indiki günümüzə baxıb nə deyərdi?!

Bu gün hamını özünə qulaq asdıra bilən, dediklərini hər gün toy və yas mərasimlərində , ekranlarda, radiolarda eşitdiyimiz , yazdıqlarına görə isə gördüyümüz və özü dediyi kimi “Mövti-cismani ilə sanma mənim ölməyimi, Seyyida, ölmərəm, aləmdə səsim var mənim…!” deyən Seyid Əzim Şirvaninin anadan olduğu gündür …

«Guşi qıl ey ki, bilirsən özünü vaqifi – kar, Agah ol, gör ki, nədir… Qulaq asmağı bacarmaq, özü aqqillikdir…“,

“Hər kimin dini yoxdursa, heç nəyi yoxdur” kimi hikmətli fikirləri bu gün də aktual olaraq qalıb.
Müstəqilliyimizin – mənəvi azadlığımızın hələ ilk günlərindən Azərbaycan klassik ədəbiyyatında mənəvi paklığın zəngin ədəbiyyatın inkişafında möhtəşəm bir mənbə olması həqiqətindən bəhs edən dəyərli elmi yazılar və məqalələr meydana gəlmişdi. Bu zaman Azərbaycan mədəniyyətində, Azərbaycan ədəbi dili ədəbiyyat tarixində özünə məxsus önəmli yer tutan dini ədəbiyyat və onun mərsiyə janrı xalqın məişətində, hüzn məclislərində, matəm və dəfn mərasimlərində ən papulyar, ən işlək şeir növü kimi həmişə mövcud olmuşdur. Və heç şübhəsiz bu işin əsasını qoyan, İraqın Kərbəla şəhərində yaşayıb-yaradan Molla Məhəmməd Füzuli və Seyid Əzim Şirvani olmuşdur. Bundan başqa onun Əhli-beyt haqqında da çox mədhləri var. Onun “Dönmərəm” rədifli kiçik həcmli qəsidəsi çox çöyük mənaları özündə ehtiva edir. Şair bir Haqq aşiqi kimi Peyğəmbər (s) Əli-Beytinə (ə) olan sevgisini heç nədən çəkinmədən izhar edə bilmişdir.:
“Qaimu Al Muhəmməddur (s) İmami-Qaibim
Xidmət üçün hazirəm, ol Muxtəfadən dönmərəm.
Seyyida, gər sən dönərsən, dön bulardan, leyk mən.
Dönmərəm, mən dönmərəm, “Haşa və Kəlla” dönmərəm.”
…Onun satiraları isə öldürücü idi və hətda tərcümeyi-halında da yazılır ki, ömrünün sonuna yaxın ruhanilər Seyyidi gözümçıxdıya salmışdılar, hər addımda onu gözdən salırdılar.
“Ya cənnəti verəllə bizə, ya cəhənnəmi,
Seyyid, məqamımızdır bu viranənin biri”…

Və təbii ki, bunun bir sonu olmalıydı… Həyat da elə gətirdi ki onun bu satiralarına dözməyən ruhani əhli onu elə məsciddə qapı arasında sıxaraq öldürdü…Doğrudur, onun osmanlılara qarşı yazdığı şerlərinə görə öldürüldüyü də deyilir.
Əslində Seyidin taleyi hər mənada uğursuz olub. Qafqaz Təhsil Dairəsi 27 dekabr 1886-cı il tarixində 11795 nömrəli məktubu ilə Zaqafqaziya Şiə İdarəsinin rəhbərliyinə müraciət edərək, Hacı Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvaniyə Stanislavski lenti üzərinə sancaqlanan “За усердие” (“Səylərinə görə”) gümüş medalı verilməsi barədə material hazırlayır. Bakı-Dağıstan Xalq Məktəbləri müdiriyyətinin adından da Qafqaz Təhsil Dairəsinin popeçiteli K.P.Yanovskiyə təqdimat məktubu göndərilir.
Veriləcək gümüş medal barədə həm Zaqafqaziya Şiə İdarəsinin, həm də digər qurumların münasibəti öyrənilir. Heç kəs S.Ə.Şirvaniyə maarifçilik fəaliyyətinə görə “За усердие” gümüş medalının verilməsinə maneçilik göstərmir.
Təəssüf ki, S.Ə.Şirvani Stanislavski lenti üzərindəki bu gümüş medalı 7 manat 50 qəpiklik poçt rüsumuna görə uzun müddət ala bilmir.
Medal sahibinə çatdırılanda şairin ölümünə 10 gün qalırdı…
Sözardı: Yol üstündəyəm və tez-tələsik olaraq sonda yazımın birinci cümləsinə Əi Fəhmidən cavab istərdim: Görəsən, Türk seirində Füzulinin kolgəsi dusməyən yer varmı? Odur ki, elə Seyidin dediyi kimi “Bilməmək eyib deyil, bilməyib soruşmamaq eyibdir” ifadəsi ilə mən də sizdən soruşuram…
 

…Ruhu qarşısında təzimlə Baba Allahnəzərovскачать dle 12.1